Ukraynalı sərhədçilər drondan istifadə edərək Baxmut yaxınlığına bayraq sancıblar - VİDEO

Ukraynalı sərhədçilər drondan istifadə edərək Baxmut yaxınlığına bayraq sancıblar - VİDEO backend

Baxmut istiqamətində ukraynalı əsgərlər demək olar ki, işğalçıların mövqelərinin üstündən bayraq sancmağı bacarıblar.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Sərhədçilər Ukrayna bayrağını demək olar ki, rus işğalçılarının mövqeləri üzərində sancıblar”, - məlumatda deyilir.

Məlumatda bildirilir ki, bu, Baxmut yaxınlığındakı Kurdyumovka ilə Ozaryanovka arasında baş verib.

Bu, "Qisas" qvardiyası hava-kəşfiyyat briqadasının işinin nəticəsidir. Onlar dron vasitəsilə Ukrayna bayrağını qaldırmağa nail olublar.

QAZİLER,AZ

 

 

 

 

 

 

 

 

Diaspora