İran "Crocus City Hall"dakı terror aktından əvvəl Rusiyanın ərazisində böyük “terror əməliyyatı”nın baş verəcəyi barədə xəbərdarlıq edibmiş.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” xəbər verir.
“Rusiyadakı hücumdan bir neçə gün əvvəl Tehran İranda baş verən ölümcül partlayışlarla bağlı həbs edilənlərin dindirilməsi zamanı Rusiyada mümkün böyük terror aktı ilə bağlı məlumatları Moskva ilə paylaşıb”, - nəşrin mənbələrindən biri bildirib.
Nəşrin ikinci mənbəsi bildirib ki, Tehranın gözlənilən hücumla bağlı Moskvaya verdiyi məlumatda vaxt və dəqiq hədəflə bağlı konkret təfərrüatlar yoxdur.
“Onlara (İŞİD üzvlərinə) Rusiyada genişmiqyaslı əməliyyata hazırlaşmaq əmri verilib... Terrorçulardan biri (İranda həbs olunub) qruplaşmanın bəzi üzvlərinin artıq Rusiyaya getdiyini bildirib”, - mənbə bildirib.
Bununla belə, yüksək rütbəli təhlükəsizlik rəsmisi bildirib ki, İran uzun illər terror hücumlarının qurbanı olduğundan, “İran hakimiyyəti həbs edilmiş terrorçulardan alınan məlumat əsasında Moskvanı xəbərdar etmək öhdəliyini yerinə yetirib”.
RBK-Ukrayna
QAZİLER,AZ