Kadir İnanır reanimasiyadan çıxarılıb

Kadir İnanır reanimasiyadan çıxarılıb backend

Türkiyəli aktyor Kadir İnanırın reanimasiyada müalicəsi başa çatıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ümraniye Təhsil və Araşdırma Xəstəxanası Baş Həkimi Prof. Dr. Necdet Sağlam sənətçinin vəziyyəti ilə bağlı açıqlamasında İnanırın reanimasiya prosesinin tamamlandığını və palataya aparıldığını bildirib.

Sənətçinin müalicəsinin nevrologiya şöbəsində davam edəcəyini bildirən Sağlam: "Reabilitasiya prosesi davam edir. O, birinci dərəcəli qohumları ilə daha rahat bir mühitdə görüşə biləcək, lakin imkan daxilində ziyarətçiləri qəbul etməyəcəyik. Bildiyiniz kimi, reabilitasiya prosesi uzun bir prosesdir. Bəzən aylar çəkə bilər" dedi.

Kadir İnanırın müalicəsinin indiyə qədər müsbət olduğunu deyən Sağlam, "Heç bir neqativ hal yoxdur. Hər gün yaxşılaşır. Gündən-günə sağalır. Həm əzələ gücü, həm şüuru, həm də ümumi vəziyyəti daha yaxşıdır. Digər xəstəliklərin müalicəsi tamamlanmaq üzrədir”, - dedi.

QAZİLER,AZ

Diaspora