Kliçko: Kiyev yenidən rus qoşunlarının hədəfinə çevrilə bilər

Kliçko: Kiyev yenidən rus qoşunlarının hədəfinə çevrilə bilər backend

Əgər Qərbin dəstəyi dayansa, Kiyev yenidən Rusiya quru qoşunlarının hədəfinə çevrilə bilər.

Qaziler.az bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçkonun Bild nəşrinə müsahibəsində deyib.

Kliçko deyib: "Kiyev Putin üçün hədəf olub və qalır, çünki paytaxt ölkənin ürəyidir. Amma biz iki il əvvəlkindən qat-qat yaxşı  hazırlaşmşıq. Putin bu qərarı verərsə, bu, qanlı qərar olacaq".

Kiyev meri həmçinin bildirib ki, Ukrayna öz ərazilərini qorumaq üçün daha çox silaha ehtiyac duyur. O, danışıqların aparılması və müharibənin “dondurulması” barədə danışmağı ukraynalılar üçün qəbuledilməz adlandırıb.

"Bu, yanlış münasibətdir. Bizə daha çox dəstəyə ehtiyacımız var. Biz heç bir ərazimizi Rusiyaya verməyəcəyik. Bu, kompromis ola bilməz. Bizə təcili olaraq daha çox hava hücumundan müdafiə, daha çox zenit raketləri lazımdır", - Vitali Kliçko vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Ukrayinska Pravda”da köşə yazısında Vitali Kliçko bəyan etmişdi ki, Vladimir Putin sağ olduğu müddətdə Ukraynanı ələ keçirmək niyyətindən əl çəkməyəcək.

QAZİLER.AZ

Diaspora