4 vilayətdə "BOZDOĞAN-19" əməliyyatı: 22 terror hədəfi məhv edilib

4 vilayətdə "BOZDOĞAN-19" əməliyyatı:  22 terror hədəfi məhv edilib backend

Türkiyənin daxili işlər naziri Yerlikaya terror təşkilatı üzvlərinin terror əməli həyata keçirmək məqsədilə mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədilə 4 vilayətdə həyata keçirilən "BOZDOĞAN-19" əməliyyatında 22 terror hədəfinin məhv edildiyini açıqlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu ölkənin daxili işlər naziri Ali Yerlikaya qeyd edib ki, Jandarma Baş Komandanlığının  Terrorla Mübarizə İdarəsi və Kəşfiyyat İdarəsinin koordinasiyasında Şırnak, Diyarbəkir, Siirt və Hakkaridə təşkil edilən əməliyyatlarda jandarma xüsusi əməliyyatları (JÖH), komando və mühafizəçilər, 1445 jandarma personalından ibarət 107 qrup iştirak edib. 

Yerlikaya J-SİHA və ATAK helikopterlərinin də əməliyyatlara dəstək verdiyini deyib.


Nazir Yerlikaya əməliyyatlar zamanı terrorçulara aid 22 mağara,  sığınacaqların məhv edildiyini ifadə edərək, "Əziz millətimizin bilməsini istəyirəm ki, biz terrorçuların yuvalarını bir-bir başlarına yıxırıq və bunu davam etdirəcəyik. Bizim bir məqsədimiz var, o da son terrorçu zərərsizləşdirilənə qədər dayanmadan mübarizə aparmaqdır. Əməliyyatları həyata keçirən qəhrəman jandarmamızı təbrik edirəm. Allah ayağınıza daş dəydirməsin. Millətimizin duaları sizinlədir", - dedi.

QAZİLER.AZ

Diaspora