Martın 29-da Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) keçmiş katibi Aleksey Danilovu Moldovaya səfir təyin etdiyini açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna lideri Telegram kanalında yayımlanan videomüraciətində məlumat verib.
"Aleksey Danilov diplomatik istiqamətdə fəaliyyətini davam etdirəcək, daha dəqiq desək, ölkəmizin Moldova Respublikasındakı yeni səfiri kimi onun namizədliyi ilə razılaşdım", - o deyib.
Onun sözlərinə görə, Danilov gələcək fəaliyyətini məhz belə görürdü.
Bir qədər əvvəl Ali Radanın deputatı Aleksey Qonçarenko Danilovun Moldovada səfir olacağını açıqlamışdı.
Eyni zamanda, Zelenski Mark Şevçenkonun ölkənin Kişinyovdakı səfiri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
QAZİLER,AZ