Almatı zooparkında ayı balaları doğulub - VİDEO

Almatı zooparkında ayı balaları doğulub -  VİDEO backend

Almatı zooparkının sakinləri artıb.

Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, Himalay ayıları Yaşin və Ussurinin iki balası dünyaya gəlib.

Zoopark yeni sakinlərinin sevimli videosunu paylaşıb. Körpələrin ötən il dekabrın 12-də doğulduğu bildirilir. Ana və balalar özlərini əla hiss edirlər.

Ana Ussurinin qida rasionuna bunlar daxildir: ət, balıq, bal, dənli bitkilər, meyvələr, tərəvəzlər, çovdar çörəyi, vitaminlər.

Hələlik ana ayı əkizləri ilə yuvasındadır və çölə çıxmır.

Zoopark rəhbərliyi abunəçiləri də müsabiqədə iştirak etməyə və balalar üçün ad seçməyə dəvət edir.

QAZİLER,AZ

Diaspora