Rəsmi Moskva: Aİ ilə vizasız rejimin tətbiqi Ermənistanın təhlükəsizliyinə mənfi təsir göstərəcək

Rəsmi Moskva: Aİ ilə vizasız rejimin tətbiqi Ermənistanın təhlükəsizliyinə mənfi təsir göstərəcək backend

Ermənistan Avropa İttifaqının ümumi Aİ bazarına çıxışla bağlı boş vədlərinə inanarsa və bunun üçün Avrasiya İqtisadi İttifaqından çıxmaq qərarına gələrsə, pis vəziyyətdə qala bilər.

Apa-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi ilə “Ermənistanın Dostları Şəbəkəsi”nin Aİ ilə İrəvan arasında münasibətlərin dərinləşməsinə dair hesabatını şərh edərkən bildiriblər.

“Hesabata görə, Ermənistan əsas benefisiarı olduğu Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Eyni zamanda, ermənilərin nə vaxt və hansı şərtlərlə Aİ-nin ümumi bazarına çıxış əldə edə biləcəyi barədə susurlar. Ola bilər ki, Avropa İttifaqının boş vədlərinə əməl edərək, respublika sakinləri pis vəziyyətə düşsünlər”, - vurğulanır.

Rusiya Xarici İşlər Nazirliyindən qeyd edilib ki, Avropa İttifaqı Ermənistanı sırf Avropa üçün resurs və mənfəət mənbəyi kimi qəbul edir: “Eyni zamanda, onlar ölkənin maraqlarının və prioritetlərinin Brüsseldən müəyyənləşdirilməsini normal hesab edirlər”.

Rusiya XİN-dən o da bildirilib ki, Ermənistanın Avropa İttifaqı ilə vizasız rejimin tətbiqi gənc və iqtisadi cəhətdən fəal əhalinin Avropaya böyük axınına gətirib çıxaracaq və Ermənistanın iqtisadiyyatına və təhlükəsizliyinə mənfi təsir göstərəcək.

Bildirilib ki, bu, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə üzv olan Baltikyanı ölkələr, Polşa, Rumıniya, Bolqarıstan və s. nümunələrində özünü göstərir, belə ki, onların əhalisi az gəlirli iş üçün daha firavan ölkələrə kütləvi şəkildə axın edir.

Diaspora