Tacikistanda "Crocus City Hall" terrorçuları ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb

Tacikistanda "Crocus City Hall" terrorçuları ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb backend

Düşənbə ətrafının doqquz sakini "Crocus City Hall"da terror aktını törədənlərlə əlaqədə olduqları üçün saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə RİA Novosti-yə Tacikistanın xüsusi xidmət orqanlarındakı mənbə məlumat verib.

“Martın 22-də "Crocus City Hall"da terror aktını törədən şəxslərlə əlaqə saxladıqları üçün Vəhdət rayonunun 9 sakini saxlanılıb”, - agentliyin həmsöhbəti bildirib.

Saxlanılanlar həmçinin İŞİD ilə əlaqədə olmaqda şübhəli bilinir.

Mənbə əlavə edib ki, Tacikistanın xüsusi xidmət orqanları terror aktı ilə bağlı istintaq tədbirləri həyata keçirərkən Düşənbədə həbsdə iştirak edən Rusiya təhlükəsizlik qüvvələri ilə qarşılıqlı əlaqədə olur.

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında atışma və yanğın baş verib. Bir neçə nəfər binaya soxulub, insanları uzaq məsafədən güllələyib və yandırıcı bombalar atıblar. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, 143 nəfər həlak olub.

QAZİLER.AZ

Diaspora