Ukrayna prezidenti Vladimir Zelenski Mark Şevçenkonu Ukraynanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.
Qaziler.az bildirir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
“Mark Aleksandroviç Şevçenko Ukraynanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, - sənədin mətnində deyilir.
Çərşənbə axşamı, martın 26-da Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Aleksey Danilovu vəzifəsindən azad edib. Danilov 2019-cu ilin oktyabr ayından Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsində çalışır.
Danilovun yeni təyinatı açıqlanmayıb.
QAZİLER.AZ