"Crocus City Hall"da xəsarət alan daha bir nəfər - Belarus vətəndaşı ölüb

"Crocus City Hall"da xəsarət alan daha bir nəfər - Belarus vətəndaşı ölüb backend

Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktının daha bir qurbanı Belarus vətəndaşı dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə martın 29-da respublikanın Moskvadakı səfirliyi məlumat yayıb.

“Belarusun Rusiyadakı səfirliyi 2024-cü il martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda törədilən dəhşətli terror aktı zamanı çoxsaylı güllə yaraları almış Belarus vətəndaşı 1981-ci il təvəllüdlü Alim İosifoviç Koşevarovun həlak olduğunu təəssüflə bildirir”, - diplomatik missiyanın Telegram kanalının məlumatında bildirilir. 

Rusiya Federasiyasındakı dövlət səfiri Dmitri Krutoy mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Diplomatlar, həmçinin ağır yaralanmış Belarus vətəndaşının həyatı uğrunda mübarizə aparmış Sergey Botkin adına paytaxt xəstəxanasının həkimlərinə təşəkkür ediblər.

Hazırda diplomatik idarə tərəfindən mərhumun yaxınlarına hər cür köməklik göstərilir.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

QAZİLER.AZ

Diaspora