Martın 29-na keçən gecə Rusiya Ukrayna ərazisinə yüzə yaxın kamikadze pilotsuz uçan aparat və müxtəlif tipli raketlər buraxıb. Ukraynanın hava hücumundan müdafiəsi düşmənin 84 hədəfini məhv edib.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk Teleqramda məlumat yayıb.
"Bu gecə düşmən Ukraynanın yanacaq-energetika sektorundakı hədəflərə 99 hava hücumu silahı ilə (onlardan 60-ı "Şahed" tipli drondur) zərbələr endirib", - o, yazıb.
Verilən məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri 56 pilotsuz təyyarə, 17 Kh-101/Kh-555 qanadlı raket, beş Kh-59 idarə olunan raket və dörd İsgəndər-K qanadlı raket də daxil olmaqla 84 hədəfi vurub.
Hücumun dəf edilməsinə Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının zenit bölmələri, mobil atəş qrupları və elektron döyüş texnikası cəlb edilib.
QAZİLER.AZ