Sevastopol qubernatoru Mixail Razvojayev özünün Telegram kanalında hərbi təyyarənin dənizə düşməsi barədə məlumat verib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, onun sözlərinə görə, pilot təyyarədən çıxarılıb və xilasedicilər tərəfindən götürülüb. Şəhər rəhbərinin əlavə etdiyi kimi, hərbçinin həyatı təhlükədə deyil.
"Görürəm ki, Ukraynanın ictimai səhifələrində çoxlu müxtəlif məlumatlar dərc olunur. Heç bir mülki obyektə ziyan dəyməyib. Pilot katapult edib. O, Sevastopol Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən sahildən iki yüz metr aralıda sudan çıxarılıb. Onun həyatı təhlükədə deyil”, - Razvojaev yazıb.
“112” Telegram kanalı da öz mənbəsinə istinadən Sevastopol ərazisində Su-35 qırıcısının qəzaya uğraması barədə məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi müvafiq məlumatı şərh etməyib.
QAZİLER.AZ