Rusiyada polis yoldan keçənləri döyən yeniyetmələri saxlayıb - VİDEO

Rusiyada polis yoldan keçənləri döyən yeniyetmələri saxlayıb - VİDEO backend

Rusiyanın Sankt-Peterburq şəhərində polis yoldan keçənləri döyüb qarət edən 3 yeniyetməni saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə martın 28-də Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Aqressiv yeniyetmələrin ilk qurbanı 28 yaşlı sakin olub. Gənclər onu qəsdən münaqişəyə sövq edib, bu zaman üçü onu döyüb. Hücum edənlərdən biri ondan 6 min rubl götürüb”, - idarənin açıqlamasında deyilir.

Bundan sonra dəstə növbəti dəfə iki qızla dayanan 33 yaşlı kişiyə hücum edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının təqdim etdiyi görüntülərdə azyaşlılardan birinin kişiyə hücumu, onu yerə yıxması və döyməyə başladığı görünür.

Zərərçəkmişə tibbi yardım lazım gəlib.

 Hər iki hücumun martın 26-da Murinskaya yolunda baş verdiyi dəqiqləşir. Hüquq-mühafizə orqanları hücum edənlərin hamısının saxlanıldığını, bundan əlavə, onlardan ikisinin martın əvvəlində quldurluq etdiklərinə görə polis tərəfindən saxlanıldığını bildiriblər.

Hazırda faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

QAZİLER.AZ

Diaspora