Türkiyənin Trabzon şəhərinin Hayrat rayonunda baş verən sürüşmə nəticəsində dağıntılar altında qalan 3 işçinin cəsədi tapılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Trabzon valiliyindən verilən açıqlamada, Hayrat mahalının Balaban məhəlləsində su xəttində işlər aparılarkən torpaq sürüşməsinin baş verdiyi bildirilib.
Yerin altında qalan 3 işçini xilas etmək üçün işə başlayan xilasedicilər təəssüf ki, işçilərin cəsədlərini çıxara biliblər.
Valilik həlak olan işçilərə və onların ailələrinə başsağlığı verib.
QAZİLER,AZ