Türkiyənin Düzce şəhərində sərnişin avtobusunun baryerlərə çırpılması nəticəsində 17 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
Qəza, yerli vaxtla saat 13.30 sıralarında Düzce Anadolu şosesi Türsan Tesisleri mövqeyində meydana gəlib.
Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq maneələrə çırpılıb.
Qəza nəticəsində 2 sürücü, 1 köməkçi və 14 sərnişin xəsarət alıb. Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
QAZİLER,AZ