Rusiyalı işğalçılar Xarkov vilayətinin İzyum şəhərinə PUA-larla hücum ediblər. Hücum nəticəsində gimnaziya zalı və evlər dağılıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xarkov Vilayət Prokurorluğunun Telegram-a istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, martın 27-də yerli vaxtla saat 3:15 radələrində rusiyalı hərbçilər İzyuma pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər. Üç dronun dağıntılara səbəb olduğunu bildirilir.
Hücum nəticəsində gimnaziya və yaxınlıqdakı evlərə ziyan dəyib. Düşmən zərbəsi nəticəsində təhsil müəssisəsinin mühafizəçisi olan 62 yaşlı kişi yaralanıb.
Faktla bağlı prokurorluq müharibə qanunlarının pozulmasına görə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) cinayət işi açıb.
QAZİLER.AZ