Türkiyənin Hatay vilayətində eyni vaxtda keçirilən “Mahzen-21” əməliyyatında “Alevler” kimi tanınan mühacir qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayət təşkilatı çökdürülüb. Əməliyyat zamanı 13 şübhəli, o cümlədən dəstə başçısı yaxalanıb.
Qaziler.az bildirir ki, bu barədə TRT Haber məlumat yayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada Hatayda eyni vaxtda “Mahzen-21” əməliyyatı təşkil edildiyini bildirib.
Yerlikaya, əməliyyatda rəhbəri Süleyman Alev olan və “Alevler” kimi tanınan mühacir qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayət təşkilatının məhv edildiyini və aralarında başçı da daxil olmaqla 13 şübhəlinin ələ keçirildiyini bildirdi.
Yerlikaya, Hatay İl Jandarma Komandirliyi tərəfindən Hatay Altınözü Respublika Prokurorluğunun koordinasiyasında həyata keçirilən əməliyyat nəticəsində şübhəlilərin mütəşəkkil şəkildə immiqrant qaçaqmalçılığı cinayətini törətdiklərinin təsbit edildiyini ifadə edib. Əməliyyatlar nəticəsində 2 vasitə, sənədsiz silah və patron ələ keçirilib.
QAZİLER,AZ