Bu silahlardan ancaq onlar istifadə edir... - "Krokus” terrorunda erməni izi

Bu silahlardan ancaq onlar istifadə edir... - "Krokus” terrorunda erməni izi backend

"VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) terror təşkilatıdır. Ermənistanda yaradılıb. Təlimçilər bilirsiniz hansı silah üzrə hazırlayıblar terrorçu erməniləri? Moskvada “Krokus Siti Holl”da insanlara atəş açanların istifadə etdiyi 7,62 mm-lik “Vepr” və 10,25 mm kalibrli “Sayqa” karabinləri ilə".

QAZİLER.AZ  Publika.az-a  istinsdən xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev bildirib.

O xatırladıb ki, indi bu silahlardan ermənilərin VOMA-sından başqa heç bir terror təşkilatı istifadə etmir.

"İndi düşünün Moskvada terrorda kimin əli ola bilər?", - deyə alim qeyd edib.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Silahlı hücum nəticəsində 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.

 

 

Diaspora