Fransa artıq Ukraynaya göndərmək üçün kontingent hazırlayır, ilkin mərhələdə təxminən 2000 hərbçi olacaq.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
O qeyd edib ki, Ukraynadakı fransız hərbi bölməsi Rusiya Silahlı Qüvvələri üçün qanuni və prioritet hədəf olacaq.