Ukrayna aprel ayından başlayaraq müttəfiqlərin kifayət qədər artilleriya mərmisi təhvil verməsini gözləyir. Xüsusilə, bu, Çexiyanın təşəbbüsü sayəsində mümkün olacaq.
Qaziler.az-ın məlumatına görə, "The Guardian" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Lüksemburqa səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.
"Ümid edirik ki, Lüksemburqun qoşulduğu bu Çexiya təşəbbüsü (Ukrayna üçün mərmi almaq - red.) bizə kömək edəcək və aprel ayından başlayaraq cəbhə xəttimizi tutmaq üçün kifayət qədər sursatımız olacaq", - baş nazir bildirib.
O, Ukraynanın uzun və orta mənzilli raketlərin tədarükünə ümid etdiyini də açıqlayıb. Bu, müvəqqəti işğal olunmuş ərazilərdə rusiyalıların logistikasını pozmaq üçün lazımdır.
"Bu, bizim üçün artilleriya mərmiləri qədər son dərəcə vacibdir", - hökumət başçısı vurğulayıb.
QAZİLER.AZ