Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda "Türk Qızıl Aypara" şöbəsinin sədri və 2 əməkdaşı mübahisə etdikləri şəxs tərəfindən döyülüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, iftar hazırlığı üçün yeməklərin paylandığı Türk Qızıl Aypara İskəndərun Şöbəsinə gedən şəxs naməlum səbəbdən şöbə sədri Rəcəb Sivri ilə mübahisə edib.
Mübahisədən sonra çıxan davada şübhəli Sivrini vəTürk Qızıl Ayparasının əməkdaşları Mehmet Balcı və Seden İlhanı vurub.
Ətrafdakıların müdaxiləsi ilə bitən dava zamanı üzündən yaralanan Balcı xəbər üzərinə sövq edilən 112 Təcili Sağlamlıq qrupu tərəfindən İskenderun Dövlət Xəstəxanasına aparılıb. Mehmet Balcı və Seden İlhanın müdaxilə tələb edən xəsarətlərinin olmadığı müəyyən edilib.
Xəstəxanada müalicəsi başa çatdıqdan sonra Sivri polis bölməsinə gedərək qaçan şübhəlinin barəsində şikayət ərizəsi yazıb.
Polis qrupları şöbənin təhlükəsizlik kamerası görüntülərini araşdıraraq şübhəli Əli E.-nin tutulması üçün əməliyyat başlatdı.
QAZİLER.AZ