Kahramanmaraşda şagirdləri daşıyan avtobus aşdı: 15 yaralı

Kahramanmaraşda şagirdləri daşıyan avtobus aşdı: 15 yaralı backend

Türkiyənin Kahramanmaraş bölgəsinin Pazarcık rayonunda nəzarətdən çıxan xidmət mikroavtobusunun aşması nəticəsində 15 nəfər yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Karagöl orta məktəbi şagirdlərini daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəzada tərs çevrilən mikroavtobusun sürücüsü N.Y. və 14 şagird yaralanıb.

Hadisə yerinə çoxlu sayda həkim briqadası göndərilib. Yaralılar təcili yardım maşınları ilə Pazarcık Dövlət Xəstəxanasına aparılıb.

Yaralıların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilərkən, Pazarcık İlçe Baş məmuru Məhəmməd Kaya və Pazarcık Bələdiyyə Başçısı İbrahim Yılmazcan xəstəxanada yaralılara baş çəkib.

Kaya tələbələrə və onların ailələrinə ən xoş arzularını çatdırıb, yaralıların sağlamlıq durumu ilə bağlı həkimlərdən məlumat alıb.

Qəza ilə bağlı araşdırma aparılır..

QAZİLER.AZ

Diaspora