Rusiyada səslərin 100 faizi sayıldı: Putindən mütləq qələbə - YENİLƏNİB

Rusiyada səslərin 100 faizi sayıldı: Putindən mütləq qələbə -  YENİLƏNİB backend

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkisində seçki bülletenlərinin 100 faizinin sayıldığını açıqlayıb.

Beləliklə, Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin 87,28 faiz səs topladığı məlum olub.

Digər namizədlər - Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutskinin isə 3,20 faiz səs toplamağı bacarıblar.

08:54

Rusiyada baş tutmuş prezident seçkisində bülletenlərin 99,43 faizi hesablanıb.

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat verib.

Nəticələr görə, Vladimir Putin 87,32 faiz səslə liderdir.

İkinci yerdə Rusiya Kommunist Partiyasından Nikolay Xaritonovdur. O, seçicilərin 4,31 faiz səsini qazanıb.

Üçüncü yerdə 3,79 faiz səslə Vladislav Davankov (“Yeni İnsanlar”), sonuncu sırada isə 3,19  faiz səslə Leonid Slutski (RLDP) qərarlaşıblar.

Diaspora