Martın 18-nə keçən gecə rusiyalı hərbçilər“Şahed” tipli hücum pilotsuz təyyarələri ilə Ukraynaya hücum ediblər. Müdafiə qüvvələri 17 pilotsuz uçuş aparatını məhv edib.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalında məlumat verilir.
Ruslar gecə saatlarında Xarkov vilayətində beş S-300/S-400 zenit raketi, Sumi bölgəsində iki ədəd X-59 idarə olunan təyyarə raketi və 22 Şahed tipli hücum PUA-sı ilə hücuma keçib. Pilotsuz təyyarələrin buraxıldığı ərazilər Rusiyanın Primorsko-Axtarsk bölgəsi olub.
“Hava hücumunun dəf edilməsinə Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının zenit-raket bölmələri, Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları və elektron döyüş texnikası cəlb edilib”, - Hərbi Hava Qüvvələri bildirib.
Döyüş zamanı Kiyev, Poltava, Xmelnitski, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk, Vinnitsa, Zaporojye və Rivne vilayətlərində 17 "Şahed" vurulub.
QAZİLER.AZ