Belarus ərazisində keçmiş özəl hərbi şirkət “Vaqner”in muzdluları üçün mənzil tikintisinə başlanılıb.
Qaziler.az bildirir ki, bu barədə Milli Müqavimət Mərkəzi məlumat verib.
Yerli məlumatlara görə, Tsel kəndində doqquzmərtəbəli bina tikilir.
Burada bir vaxtlar "Vaqner" ÖHŞ muzdlularının yerləşdirildiyi təlim poliqonu var.
İndi orada Belarus hərbçilərinə təlim keçən 300-ə qədər yaraqlı qalıb.
Tsel kəndi yaxınlığındakı düşərgədə hərbi çadırların sökülməsi və götürülməsi davam edir.
QAZİLER.AZ