Sadır Japarov vətəndaşlarla axşam namazı qıldı, sonra iftar verdi - FOTO

Sadır Japarov vətəndaşlarla axşam namazı qıldı, sonra iftar verdi - FOTO backend

Qırğızıstan Prezidenti Sadir Japarov paytaxt Bişkekdəki Respublika Mərkəzi İmam Sərəxsi məscidində iftar süfrəsi verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Qırğızıstan Prezidenti Sadır Japarov  məscidə toplaşan vətəndaşlarla bir sırada dayanaraq axşam namazını qılıb, sonra iftar verib.

japarov burada camaat qarşısında çıxış edərək müsəlmanları Ramazan ayı münasibəti ilə təbrik edib və qızılca xəstəliyinə səbəb olan virusun ölkədə yayıldığına diqqət çəkib.

Japarov vətəndaşları peyvənd olunmamış uşaqlarının sağlamlıqları üçün peyvənd etməyə çağırıb.

Qonaqlara Qırğızıstan mətbəxindən ənənəvi yeməkləri təqdim olunub.

QAZİLER.AZ

 

Diaspora