Qazaxıstanlı biznesmen Almatıda ölü tapıldı

Qazaxıstanlı biznesmen Almatıda ölü tapıldı backend

Tanınmış almatılı iş adamı Bahıt İbrahim ölü tapılıb.

Qaziler.az bildirir ki, bu barədə Zakon.kz xəbər verir.

Sosial şəbəkələrdə onun intihar etdiyi barədə məlumat yayılıb.

Almatı Polis Departamentinin mətbuat xidmətindən hadisə ilə bağlı bunlar bildirilib:

"Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Ekspertiza təyin edilib. Hadisə araşdırılır", - deyə polis idarəsindən bildirilib.

Qeyd edək ki, İbrahim daha əvvəl 2020-ci ildə bankir Jomart ErtaYevlə birlikdə RBK Bankda oğurluqda təqsirli bilinib. 2023-cü ilin oktyabrında həbsdən buraxılıb.

QAZİLER.AZ

Diaspora