Ukraynada 14 yaşlı qız anasını və bacısını “Şahed”dən qorudu - Heyrətamiz hekayə

Ukraynada 14 yaşlı qız anasını və bacısını “Şahed”dən qorudu -  Heyrətamiz hekayə backend

2 gün əvvəl Rusiya “Şahed”lərlə Ukraynanın Sumı şəhərini vurmuşdu. Onlardan biri Sumidə beşmərtəbəli binaya düşmüşdü. Nəticədə 3 nəfər ölüb, 14 nəfər yaralanıb, onların arasında uşağın həssas eşitməsi sayəsində möcüzəvi şəkildə sağ qalan ailə də var.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bir gün əvvəl ad gününü qeyd edən 14 yaşlı Sumı sakini qonşu otaqda yatan anasını və 8 yaşlı baçısını vaxtında oyatmasaydı, onların hər biri məhv olacaqdı. onlar otağı tərk edəndən dərhal sonra partlayış baş verir və ev dağılır.

Həyəcan siqnalından bir neçə dəqiqə sonra otaqlardan birini tamamilə dağıdan və uşağı öldürə biləcək partlayış olub. Bu barədə “Snidanka z 1+1” nəşrinə məlumat verilib.

"Kiçik bacım səs eşidib evdəkiləri oyadıb. Onlar qaçıbar və divar, yataq olan yerə aşıb", - evin böyük qızı Lika Aleksandrova deyib.

Ailə birinci mərtəbədə yaşadığı üçün onların mənzili dron tərəfindən vurulmasa da, yuxarıdakı dörd mərtəbə tamamilə dağılıb.

Sumı sakinləri evsiz qalıblar və indi müvəqqəti olaraq dostlarının evində yaşayırlar. Ailə baş verənlərdən hələ də özünə gələ bilmir.

QAZİLER.AZ

 

 

 

Diaspora