Odessada Rusiyanın bugünkü raket hücumları nəticəsində ölənlərin sayı artıb. Artıq 16 nəfərin öldüyü məlumdur.
Qaziler.az bildirir ki, bu barədə Odessa Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper milli telemarafonun efirində deyib.
Rəsmi məlumata görə, indiyədək 16 ölüm faktı artıq məlumdur.
Bundan əlavə, cəmi 55 Odessa sakini xəstəxanalara yerləşdirilib.
“Onlardan 10-u “ağır”dır”, - deyə administrasiya rəhbəri əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna vaxtı ilə saat 14:12-də hərbi administrasiya 14 nəfərin öldüyü, 46 nəfərin yaralandığı barədə məlumat yayıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir.
“Bu arada, 200-dən çox Odessa sakini və şəhərin qonaqları düşmən hücumundan sonra xəsarət alanlar üçün qan veriblər və daha yüzə yaxın insan qəbul məntəqələrində növbəyə dayanıb”, - Kiper əlavə edib.
QAZİLER.AZ