"Asiya Miks" komandasından KVN çempionu Marat Cumanəliyev vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə Sputnik Qırğızıstan məlumat yayıb.
KVN-çinin 43 yaşı olub.
Mənbə bildirib ki, Cumanəliyev evdə yıxıldıqdan sonra dünyasını dəyişib. Onun meyiti yaxınları tərəfindən aşkar edilib. Vida mərasimi martın 15-də Bişkekin mərkəzi məscidində cümə namazından sonra olacaq.
Xatırladaq ki, Marat “Asiya Miks” komandasının tərkibində KVN yüksək liqasının, 2018-ci ildə isə yay kubokunun çempionu adını qazanıb.
KVN-dən sonra o, boksla məşğul olmağa başlayıb və tez-tez məşhur boksçuların sparrinq tərəfdaşı kimi çıxış etdi. O, bloqlarda həyatından və çıxışlarından danışıb.
QAZİLER.AZ