Türk Qızıl Aypara Hakkari şöbəsi şəhərin mərkəzində qurduğu iftar çadırında hər gün 400 nəfərə iftar verir.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Pehlivan rayonunda Gənclər və İdman İdarəsinin bağçasında qurulan çadırda Ramazan ayında hər gün üç növ yemək veriləcək.
Şöbə sədri Rəcəb Bozkurt ənənəvi iftar çadırını bu il də açdıqlarını bildirib.
Gündəlik 400 nəfərə iftar verəcəklərini bildirən Bozkurt bunları deyib:
"2016-cı ildən Türk Qızıl Aypara Cəmiyyətinin Hakkari şöbəsinin sədriyəm. 2018-ci ildən ənənəvi hala gətirdiyimiz iftar çadırını açdıq. İftar çadırımızın qapısı ehtiyacı olub-olmamasından asılı olmayaraq hər kəsin üzünə açıqdır. Hər kəs İftar çadırına gəlib yemək yeyə bilərsiniz. Türk Qızıl Aypara Baş Qərargahımız bizə belə bir fürsət yaradır. Hakkari valisi və bələdiyyə sədrinin müavini Əli Çelikə təşəkkür edirəm".
QAZİLER.AZ