Hakan Fidan İraq Türkmən Cəbhəsinin sədri ilə görüşüb

Hakan Fidan İraq Türkmən Cəbhəsinin sədri ilə görüşüb backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan və Kərkük millət vəkili Erşat Salihi ilə görüşüb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.

Nazirliyin X sosial media platformasında yer alan paylaşımda Hakan Fidanın Türkiyənin Bağdad səfirliyində İraq Türkmən Cəbhəsinin sədri Turan və Kərkük millət vəkili Salihi ilə görüşdüyü bildirilib.

Başqa bir paylaşımda türkiyəli nazirin Bağdada səfəri çərçivəsində "Takaddum" Partiyasının sədri Məhəmməd Halbusi ilə də görüşdüyü bildirilib.

QAZİLER.AZ

 

Diaspora