İki yaşlı qız narkotikdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib

İki yaşlı qız narkotikdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib backend

Rusiyanın Sverdlovsk vilayətində iki yaşlı qız narkotik maddədən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Qaziler.az bildirir ki, bu barədə vilayət prokurorluğunun Telegram kanalı bildirib.

Qeyd olunur ki, hadisə Polevskidə baş verib. Ana qızını bir müddət qonşunun yanında qoyub. Bir qədər sonra gəzinti zamanı qızın özünü qəribə apardığını görüb və həkimə müraciət edib.

“Analizlərin nəticələrinə əsasən, azyaşlıya psixoaktiv maddədən zəhərlənmə diaqnozu qoyulub”, - deyə polis vurğulayıb.

Polis ibtidai istintaqa başlayıb, onun gedişinə prokurorluq da nəzarət edir.

QAZİLER.AZ

Diaspora