Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətində düşmənin 6 kamikadze pilotsuz təyyarəsini məhv edib. Hətta onlardan birini “yerə salmağa” da nail oldular.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, düşmənin 6 kamikadze pilotsuz təyyarəsi sərhədçilər tərəfindən Xarkov istiqamətində “endirilib”.
Döyüşçülərin dediyinə görə, onlardan biri demək olar ki, sağ-salamat yerə “oturub”.
Sərhədçilər əlavə ediblər ki, qalanları havada partlayıb.
QAZİLER,AZ



