“Soyğunçu” filminin aktyoru Aleksey Çetvertkov vəfat edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, “Soyğunçu” və “Nazaretə gedən yol” filmlərindəki rolları ilə tanınan aktyor Aleksey Çetvertkov 58 yaşında vəfat edib.
Bu barədə martın 13-də Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin “Qlaqol” xalq teatrından məlumat verilib.
“Aleksey istedadlı aktyor idi. Onun rolları - parlaq, dərin, ağıllı, dəqiq və yaddaqalan - ona tamaşaçılar tərəfindən böyük və səmimi sevgi qazandırdı", - teatrın VKontakte sosial şəbəkəsindəki səhifəsində deyilir.
Çetvertkov 1982-ci ildən "Qlaqol"da xidmət edir. O, teatrın ən qocaman aktyorlarından olub, “Albalı bağı”, “Boris Qodunov”, “On iki yarım axmaq aşiq”, “Qarpız boyda ürəyi olan adam” kimi tamaşalarda iştirak edib.
Çetvertkov filmlərdə də rol alıb. Aktyor daha çox “Nazarete gedən yol” və “Soyğunçu” filmləri ilə tanınıb.
QAZİLER.AZ