Türkiyədə zəncirvari qəza: 14 yaralı

Türkiyədə zəncirvari qəza: 14 yaralı backend

Ərzurumda avtobus, mikroavtobus və minik avtomobilinin iştirakı ilə baş verən zəncirvari yol qəzasında yaralanan 14 nəfər xəstəxanalara aparılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Konqres küçəsində Tuncay D.-nin idarə etdiyi ictimai avtobus Kamil U-nun idarə etdiyi sərnişin mikroavtobusu ilə toqquşub.

Qəzanın təsirindən mikroavtobusun qarşısına çıxan avtomobil də onlara çırpılıb.

Ətrafdakıların xəbəri üzərinə qəza yerinə polis, təcili yardım və xilasedicilər sövq edildi.

Xilasedicilər avtomobillərdə sıxışan sərnişinləri xilas edib.

Sağlamlıq qrupları da qəzada yaralanan 14 adamı təcili yardımla şəhərdəki xəstəxanalara çatdırıb.

QAZİLER.AZ

Diaspora