Bağdadda antiterror sammiti: Türkiyənin 2 naziri və MİT sədri İraqa gedəcək

Bağdadda antiterror sammiti: Türkiyənin 2 naziri və MİT sədri İraqa gedəcək backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və MİT sədri İbrahim Kalın terrorla mübarizədə əməkdaşlıqla bağlı danışıqlar aparmaq üçün sabah Bağdada gedəcək.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, xarici işlər naziri Fidan, milli müdafiə naziri Gülər ​​və MİT sədri Kalın sabah İraqın paytaxtı Bağdadda keçiriləcək Təhlükəsizlik Zirvəsinə qatılacaq.

İclasda terrorla mübarizədə ortaq anlaşmanın formalaşdırılması məsələsi müzakirə olunacaq.

Enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

QAZİLER.AZ

Diaspora