Qazaxıstanda marixuana olan dron ələ keçirilib

Qazaxıstanda marixuana olan dron ələ keçirilib backend

Qazaxıstanın Akmola vilayətində magistral yolda avtomobildən marixuana olan dron götürülüb.

Qaziler.az bildirir ki, bu barədə Polisia.kz məlumat yayıb.

Astana Cinayət Axtarış İdarəsinin əməliyyat xidmətinin, Arşalı rayon polis bölməsinin və Akmola vilayəti polis idarəsinin Xüsusi Əməliyyat Briqadasının əməkdaşları tərəfindən verilən əməliyyat məlumatına görə,  Mixaylovka-Arşalıda, magistral yolda “Kia K5” markalı avtomobil saxlanılıb. Sürücü əvvəllər məhkum olunmuş şəxs olub. Həmçinin avtomobildə Astanadakı penitensiar sistemin 2 saylı müəssisəsində cəza çəkmiş daha iki nəfər olub.

Avtomobilə baxış zamanı içərisində bitki mənşəli maddə olan 2 bağlama, habelə götürülən maddənin koloniya ərazisinə çatdırılması nəzərdə tutulan pilotsuz uçuş aparatı götürülüb. Məhkəmə-kimyəvi ekspertizasının nəticələrinə görə, götürülən maddə çəkisi 23,7 qram olan marixuanadır.

“Elçilərə” qarşı ibtidai istintaq aparılır.

QAZİLER.AZ

Diaspora