Rusiya bu gecə, martın 13-də, "Şahed" tipli hücum pilotsuz təyyarəsi ilə Ukraynanın Sumi şəhərindəki çoxmərtəbəli binaya zərbələr endiriblər. Hücum nəticəsində ölənlər var.
Qaziler.az bildirir ki, bu barədə Sumı hərbi administrasiyasının "Telegram"ında deyilir.
“Düşmənin “Şahed” tipli PUA-nın beşmərtəbəli yaşayış binasını vurması nəticəsində əvvəllər 30 mənzilə ziyan dəyib, onlardan 15-i dağılıb”, - hərbi administrasiyanın məlumatında deyilir.
İlkin məlumata görə, dağıntılar altından 10 nəfər xilas edilib, onlardan 8-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təəssüf ki, ölənlər var, məlumatlar dəqiqləşdirilir.
Xilasetmə işlərinin davam etdiyi bildirilir.
QAZİLER,AZ