Bu, Rusiyanın ən güclü silahıdır - Putin

Bu, Rusiyanın ən güclü silahıdır - Putin backend

Rusiya prezidenti Vladimir Putin cəmiyyətin möhkəmlənməsini və insanların Vətənə sədaqətini ölkənin ən güclü silahı adlandırıb.

Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Putinin sözlərinə görə, Qərb ölkələri iqtisadi sanksiyaların köməyi ilə Rusiyanı sıxışdırmağa ümid edərkən bunu nəzərə almayıb. “Onlar bunu nəzərə almadılar və nəzərə ala bilməzlər”, - deyən dövlət başçısı bunun üçün Rusiyanın vətəndaşı və onun mədəniyyətinin bir parçası olmağın lazım olduğunu bildirib.

Putin əlavə edib ki, Rusiya gələcəyə inamla baxır. "Bu, həm iqtisadiyyatda, həm sosial sahədə vəhəm də  təhlükəsizlik sahəsində belədir", -  deyə o, bildirib.

QAZİLER.AZ

Diaspora