Rusiyanın Smolensk vilayətində tanışını qısqanclıq zəminində eyvandan atan yerli sakinlə bağlı cinayət işi başa çatıb.
Qaziler.az bildirir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
Qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30, 105-ci (“Öldürməyə cəhd”) maddələri ilə ittiham olunur. Onun işi təsdiq edilmiş ittiham aktı ilə birlikdə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
İstintaqın gedişinə görə, yanvarın əvvəlində iki qadın ortaq dostuna baş çəkməyə gəlib. İçdilkdən sonra kişi yuxuya gedib. Daha sonra qonaqlar eyvana çıxıblar və orada qısqanclıq zəminində aralarında mübahisə yaranıb. Nəticədə təqsirləndirilən şəxs zərərçəkmişi itələyib, qadın isə yaşayış binasının dördüncü mərtəbəsindən yıxılıb. O, ağır xəsarətlər alıb.
QAZİLER.AZ