Aramsız yağan yağış Çimkəndi "su altında qoydu"

Aramsız yağan yağış Çimkəndi "su altında qoydu" backend

Aramsız yağan yağış səbəbindən bir neçə şəhər magistralını su basıb.

Qaziler.az bildirir ki, Çimkənd Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinin xəbərinə görə, xüsusi texnika şəhərin küçələrinə çıxıb.

Çimkəndə yağış səhər saatlarından başlayıb. Onun intensivliyi gün ərzində dəyişsə də, yağıntılar hələ də tam dayanmayıb.

Güclü yağış səbəbindən şəhər yollarını su basıb. Artıq bir neçə saatdır ki, şəhərin küçələrində xüsusi texnika - 7 avtonasos, 4 xüsusi maşın və 14 qəza-xilasedici heyət işləyir.

Nazarbayev prospektinin sakinlərinin də bu gün xilasedicilərin köməyinə ehtiyacı olub. Evlərdən birinin giriş yollarını su basıb və suyun çəkilməsi üçün xüsusi texnika tələb olunub.

Çimkənd Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə, sabah da şəhərdə yağıntı gözlənilir.

QAZİLER.AZ

Diaspora