Türkiyənin Çorum vilayətində terror təşkilatı İŞİD-a qarşı həyata keçirilən əməliyyatlarda 2-si qırmızı bülletenlə axtarışda olan 3 terrorçu yaxalanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Çorum valiliyindən verilən məlumata görə, terror təşkilatı İŞİD-ın Türkiyəyə qarşı hərəkətlərinin aşkarlanması və deşifrə edilməsi məqsədilə aparılan araşdırmada, müxtəlif vaxtlarda münaqişə bölgələrində fəaliyyət göstərdiyi təsbit edilən təşkilat daxilində 3 nəfər təqib edilib.
Texniki və fiziki təqibdən sonra şübhəlilərin ünvanlarında əməliyyat keçirilib.
Əməliyyat zamanı saxlanılan 3 şübhəlidən 2-nin İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olduğu müəyyən edilib.
Şübhəlilər əməliyyat üçün polis bölməsinə aparılıb.
QAZİLER.AZ