Türkiyənin daxili işlər naziri Əli Yerlikaya 25 vilayətdə narkotik istehsalçılarına, onları satanlara və küçə alverçilərinə qarşı “Narkoçelik-6” əməliyyatı aparıldığını açıqlayıb. Əməliyyatlar çərçivəsində 245 zəhər satıcısı tutulub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 25 vilayətdə zəhər alverçiləri, narkotik istehsalçıları və onların satışı və küçə alverçiləri tərəfindən yaradılmış yerli cinayət təşkilatlarına qarşı həyata keçirilən "Narkoçelik-6" əməliyyatlarında; 8 ayrı yerli küçə satıcısı - cinayət təşkilatı yaxalandı.
Zəhər alverçilərindən 654 kq narkotik maddə və 796 min ədəd narkotik həb götürülüb.
245 zəhər satıcısı ı tutulub. Nazir Yerlikaya paylaşımında bu sözləri qeyd edib: "Xalqımızı zəhərləyən narkotik tacirləri və mütəşəkkil cinayət təşkilatları ilə mübarizəmiz millətimizin dəstəyi və duaları ilə qətiyyətlə davam edəcək. Onlar bizdən qaça bilməyəcəklər".
QAZİLER.AZ