Ukraynalı pilotların Danimarkada F-16 təlimi bu səbəbdən altı ay gecikib

Ukraynalı pilotların Danimarkada F-16 təlimi bu səbəbdən altı ay gecikib backend

Ukrayna Hərbi Hava Qüvvələrinin  pilotlarının Danimarkada F-16 qırıcı təyyarələrini idarə etmək üçün təlimləri ingilis dilini bilmədikləri üçün bir neçə ay dayanıb.

Qaziler.az bildirir ki, bu barədə “The New York Times” martın 11-də Danimarka rəsmilərinin məlumatlarına istinadən yazıb.

Medianın məlumatına görə, 2023-cü ilin avqustunda Danimarka aviabazasında ukraynalı pilotların təliminə başlamaq planlaşdırılırdı, lakin onlar xarici dil və ya Qərb akrobatika texnikalarını bilmədiklərinə görə kurs altı ay təxirə salınmalı olub.

Qəzet yazır: “Ukraynalı pilotlar yalnız yanvarda uçmağa hazır idilər”.

İzvestiya.ru  məsələ ilə bağlı bunları yazır: "O da məlumdur ki, ukraynalı pilotlar yayda vətənə qayıdandan sonra yalnız altı F-16 qırıcısını idarə edə biləcəklər. Müttəfiqlər tərəfindən vəd edilən 45 hərbi təyyarədən məhz bu qədəri Ukraynaya çatdırılacaq".

QAZİLER.AZ

Diaspora