Moskvada yanan evin dağıntıları altından 3 nəfərin cəsədi tapıldı

Moskvada yanan evin dağıntıları altından 3 nəfərin cəsədi tapıldı backend

Yeni Moskvada fərdi yaşayış evində baş verən yanğın hadisəsi yerində dağıntılar altından 3 nəfərin cəsədi tapılıb.

Qaziler.az bildirir ki, bu barədə martın 11-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İdarənin Telegram kanalında deyilir: "Dağıntılar təmizlənərkən üç nəfərin yanmış cəsədi tapılıb".

Bir qədər sonra hadisə ilə bağlı aydınlıq gətirilib ki, yanğın nəticəsində ata, ana və altı yaşlı uşaq həlak olub.

Həmin gün səhər saatlarında Yeni Moskvanın Novofedorovskoye qəsəbəsində fərdi ikimərtəbəli taxta evdə baş vermiş yanğın nəticəsində ölmüş şəxsin meyitinin tapıldığı bildirilmişdi.

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüblər, yanğın 100 kvadratmetr ərazini əhatə edib. 

QAZİLER.AZ

Diaspora