Türkiyədə seçkiöncəsi terror aktları törətməyə hazırlaşırdılar - 33 nəfər saxlanıldı

Türkiyədə seçkiöncəsi terror aktları törətməyə hazırlaşırdılar - 33 nəfər saxlanıldı backend

Türkiyənin Baş Təhlükəsizlik İdarəsinin əməkdaşları Sakarya vilayətində terror aktları hazırlamaqda şübhəli bilinən 33 nəfəri saxlayıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya “X”dəki hesabında yazıb.

O bildirib ki, saxlanılanlar martın 31-nə təyin edilmiş bələdiyyə seçkiləri ərəfəsində teror aktları törətməyə hazırlaşanlardır:

"Sakaryada "İslam Dövləti" ekstremist qruplaşmasına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 33 şübhəli yaxalanıb. Onlar terror aktlarına hazırlaşır, bələdiyyə seçkiləri öncəsi terror aktları törətmək imkanlarını öyrənirdilər. Həmin şəxslər terrorizmin maliyyələşdirilməsi fəaliyyətləri kontekstində qruplaşma üçün maliyyə yardımı ilə məşğul oldular. Həmçinin müəyyən edilib ki, onlar qanunsuz mollaxanalar və mədrəsələr adı altında fəaliyyət göstəriblər".

NAzir qeyd edib ki, reydlər zamanı polis dövlət qeydiyyatı olmayan silah-sursat, dörd tapança və iki ov tüfəngi götürüb. Külli miqdarda xarici valyuta, terror qruplaşmasının qadağan olunmuş materialları və daxili sənədlər də müsadirə edilib.

 

 

Diaspora