Türkiyədə diplomatiya və ali təhsil sahələrində qadınların sayı artır

Türkiyədə diplomatiya və ali təhsil sahələrində qadınların sayı artır backend

Son illər Türkiyədə diplomatiya və ali təhsil sahələrində çalışan qadınların sayı artır.

QAZİLER.AZ  AZƏRTAC-a istinadla xəbər verir ki, bu ölkənin qadın səfirlərinin sayı 2014-cü ildəki 32 nəfərdən 2023-cü ildə 81-ə çatıb.

Statistik rəqəmlərə görə, son beş ildə Türkiyədə qadınların diplomatik nümayəndəliklərin rəhbəri vəzifəsində təmsilçiliyi 13,9 faizdən 27,3 faizə yüksəlib.

Son illərdə Türkiyənin universitetlərinin professor-müəllim heyətinin tərkibində də qadınların sayı xeyli artıb. 2023-cü ilin sonuna olan məlumata görə, bu ölkənin ali təhsil müəssisələrində çalışan zərif cinsin nümayəndələrinin sayı 85 min 220 nəfər olub, halbuki 2014-cü ildə bu rəqəm 60 min 993 təşkil edirdi. 2013-2024-cü illərdə bu sahəyə 24 min 287 qadın mütəxəssis cəlb edilib.

Türkiyədə son 10 il ərzində qadın professorların sayı 5 min 740-dan 11 min 616-ya yüksəlib, universitetlərdə çalışan dosentlərin sayı isə 4 min 360 nəfərdən 9 min 160-a çatıb.

 

 

 

 

Diaspora