Sankt-Peterburqun Oktyabrski rayon məhkəməsi 1990-cı illərin peterburqlu "banda" başçısının, "Malenkiy" ləqəbli Andrey Volovun 5 ortağını həbs edib.
Qaziler.az bildirir ki, bu barədə martın 7-də məhkəmə zalından “İzvestiya”nın müxbiri məlumat verib.
Yevgeni Filatov, İqor Dias-Fernandes, Vitali Drojjin, Dmitri Vasilyev və Maksim Qolubkov barəsində həbs-qətimkan tədbiri seçilib.
Bir qədər əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin Şimal paytaxtında Baş İdarəsi 1990-cı illərdə qətllər törətməkdə şübhəli bilinən beş nəfərin hamısının saxlandığını bildirilmişdi.
QAZİLER.AZ